...

Biləsuvarda yol qəzası olub, yaralananlar var

Hadisə Materials 27 Mart 2024 01:21 (UTC +04:00)
Biləsuvarda yol qəzası olub, yaralananlar var

Bakı. Trend:

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və "Tır" markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti