...

Göygöldə arvadını boğub öldürən şəxs tutulub

Hadisə Materials 12 İyun 2024 08:54 (UTC +04:00)

Bakı. Trend:

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Gəncə Şəhər Prokurorluğundaən Trend-ə verilən məlumata görə, iyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti