...

Güclü yağış səbəbindən bağlanan İsmayıllı-Lahıc yolundakı vəziyyət açıqlandı

Hadisə Materials 12 İyun 2024 11:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən axşam saatlarında İsmayıllıya yağan yağış Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb omuşdu.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, yağan yağış nəticəsində dağlardan gələn torpaq qatı və iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb, nəticədə avtomobillərin hərəkəti çətinləşib.

O qeyd edib ki, hazırda yolun təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib:

"Yolun təmizlənməsi davam edir. Hazırda yol hər iki istiqamətdə açılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti