...

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hadisə Materials 20 İyul 2024 08:42 (UTC +04:00)
Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakı. Trend:

Şirvan şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti