...

Abşeronda sexdə yanğın olub

Hadisə Materials 9 Oktyabr 2024 05:42 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Fatmayı kəndində ümumi sahəsi 350 m² olan dülgər sexinin (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 176 m² sahədə, içərisində 2 ədəd dəzgah və 3 m³ taxta materiallar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti