Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.