...

Paytaxtda və Sumqayıtda oğurluq edənlər ələ keçdi

Hadisə Materials 8 Fevral 2025 17:30 (UTC +04:00)
Paytaxtda və Sumqayıtda oğurluq edənlər ələ keçdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda və Sumqayıtda oğurluq edənlər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami rayonunda, həmçinin Sumqayıt şəhərində mağazalardan 1100 manatlıq məhsullar, 1 ədəd noutbuk, qızıl klon və sırğa oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mağazalardan oğurluq etməkdə şübhəli bilinən M.Mikayılov, P.Alxasov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti