...

“Qobu Park” yaşayış kompleksində yanğın (VİDEO)

Hadisə Materials 24 Fevral 2025 18:52 (UTC +04:00)
“Qobu Park” yaşayış kompleksində yanğın (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti