Bakı. Trend:
2024-cü ildə 9330,9 kiloqram və ya əvvəlki ilin göstəricisi ilə müqayisədə 47,1 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülüb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 5634,4 kiloqramını marixuana, 2688,9 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 554,2 kiloqramını heroin, 217,5 kiloqramını psixotrop maddələr (onlardan 216,5 kiloqramı metamfetamin), 185,3 kiloqramını tiryək, 38,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 11,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.