...

Binəqədidə oğurluq edən şəxslər saxlanıldı

Hadisə Materials 26 Fevral 2025 11:41 (UTC +04:00)
Binəqədidə oğurluq edən şəxslər saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində isə daha bir oğurluq hadisəsi “BMW” markalı avtomobildən olub.

"Nəqliyyat vasitəsindən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti