...

Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı (FOTO/VİDEO)

Hadisə Materials 28 Fevral 2025 17:53 (UTC +04:00)
Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti