...

Ağcabədidə ağır qəzada ölənlərin sayı 6-ya çatdı

Hadisə Materials 1 Mart 2025 10:33 (UTC +04:00)
Ağcabədidə ağır qəzada ölənlərin sayı 6-ya çatdı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə baş verən zəncirvari qəzada ölənlərin sayı altıya çatıb.

Trend xəbər verir ki, bu gün səhər saatlarında hadisə yerindən 1992-ci il təvəllüdlü Fəxri Rzayevin də meyiti tapılıb.

O, qəza zamanı “KİA” markalı avtomobildən yaralı halda çıxaraq yolun kənarına düşüb və orada ölüb.

33 yaşlı kişinin meyiti tapıldığı yerdən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bununla qəzada ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, Ağcabədidə zəncirvari qəza baş verib. "Mercedes", "KIA" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hadisə nəticəsində ölən Hüsüyev Vüsal Məmməd oğlu (1991-ci il), Əmrahov Sənan Aqil oğlu (1995), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007), Aslanlı Elbəy Mövsüm oğlunun (2002) nəşləri gecə saatlarında aşkarlanmışdı.

Xəbər lenti

Xəbər lenti