Ağdam. Trend:
03.03.2025-ci il tarixində saat 01:10 radələrində zəhərlənmə şübhəsilə 5-i böyük, 1-i uşaq olmaqla 6 nəfər (3 nəfər kişi, 3 nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb",- deyə məlumatda qeyd edilib.
XXX
10:06
Ağdamın Əfətli kəndində 6 nəfər tortdan zəhərlənib.
Bu barədə Trend-in bölgə müxbiri məlumat verib.
Zəhərlənənlər rayon sakinləri 1962-il təvəllüdlü Əsədova Gülputa, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı ismayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakətdir.