Bakı. Trend:
Ordubad rayonunda zəhərlənmə hadisəsi olub.
Trend xəbər verir ki, hadisə ötən gecə rayonun Ağrı kəndində baş verib.
Bir ailənin 4 üzvü – 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində S.Bağırov dünyasını dəyişib, həyat yoldaşı M.Bədəlova isə xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.
Digər iki şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hazırda faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.