...

ETSN əməkdaşları da Neft Emalı Zavodundakı yanğınla bağlı ərazidədirlər

Hadisə Materials 5 Mart 2025 10:56 (UTC +04:00)
ETSN əməkdaşları da Neft Emalı Zavodundakı yanğınla bağlı ərazidədirlər
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.

Bu barədə Trend-ə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti