...

Övladına işgəncə verən qadın saxlanıldı - Cinayət işi başladıldı

Hadisə Materials 5 Mart 2025 12:32 (UTC +04:00)
Övladına işgəncə verən qadın saxlanıldı -  Cinayət işi başladıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Övladına işgəncə verən qadın saxlanılıb, haqqında cinayət işi başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

"Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti