...

Binəqədi rayonunda silah-sursat aşkarlanıb

Hadisə Materials 7 Mart 2025 11:55 (UTC +04:00)
Binəqədi rayonunda silah-sursat aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 avtomat silahı, 1 patron darağı və 19 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti