...

Ağcabədidə maşın hasara çırpıldı, sürücü xəsarət aldı (FOTO)

Hadisə Materials 8 Mart 2025 17:37 (UTC +04:00)
Ağcabədidə maşın hasara çırpıldı, sürücü xəsarət aldı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə qəza zamanı sürücü xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlu idarə etdiyi "VAZ"2106 markalı 04 BL846 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü S.Tağıyev müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti