...

Şəkidə avtomat satan şəxs tutulub (FOTO)

Hadisə Materials 10 Mart 2025 08:59 (UTC +04:00)
Şəkidə avtomat satan şəxs tutulub (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb.

Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.

Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti