...

Bakıda tanınmış restoranda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Mart 2025 10:38 (UTC +04:00)
Bakıda tanınmış restoranda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

XXX

10:01

Bakı şəhərinin Xətai rayonunda tanınmış restoranlardan birində tüstülənmə baş verib.

Trend xəbər verir ki, tüstülənmə "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən "BORANI" restoranında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti