...

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub

Hadisə Materials 14 Mart 2025 11:00 (UTC +04:00)
Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti