Bakı. Trend:
Gədəbəy rayonunun Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.
Yanğın nəticəsində 5 hektar sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.