...

Şimal Regional Mərkəzi dəmir yolu qəza-xilasetmə təlimi keçirib (VİDEO)

Hadisə Materials 16 Mart 2025 14:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Trend xəbər verir ki, təlimin məqsədi xilasedicilərin bilik və bacarıqlarını artırmaq, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişlərin xilas edilməsi üzrə təcrübələrini təkmilləşdirmək olub.

Ssenariyə əsasən, xilasedicilər qəza baş vermiş əraziyə operativ şəkildə çataraq xüsusi xilasetmə vasitələri ilə deformasiyaya uğramış avtomobildən zərərçəkmişləri çıxarıb və onlara ilkin tibbi yardım göstəriblər.

Təlim uğurla başa çatıb, nəticələr təhlil olunaraq müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti