...

Cəbrayılda boş ərazidə güclü yanğın baş verib (FOTO) (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 16 Mart 2025 21:26 (UTC +04:00)
Cəbrayılda boş ərazidə güclü yanğın baş verib (FOTO) (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayılda baş verən yanğın hadisəsini FHN-nin Qarabağ Regional Mərkəzi təsdiqləyib.

Mərkəzdən Trend-in yerli müxbirinə bildirilib ki, baş vermiş yanğın hadisəsi barədə aidiyyatı üzrə nümayəndəliyə məlumat verilib. Ərazidə fəaliyyət göstərən tikinti şirkətlərindən köməyə ehtiyyat su maşınları və texnikaları cəlb olunaraq yanğının söndürülməsi üçün işlər aparılır.

Hazırda yanğın davam edir

xxx

21:07

Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın baş verib.

Trend-in Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, yanğın hadisəsi rayonun Şükürbəyli kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları texnika və yanğınsöndürən avtomobilləri ilə cəlb edilib.

Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.

Faktla bağlı araşdırma başlanıb yanğının baş vermə səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti