...

Bakıda narkoşəbəkə üzvü həbs edib (FOTO/VİDEO)

Hadisə Materials 18 Mart 2025 14:28 (UTC +04:00)
Bakıda narkoşəbəkə üzvü həbs edib (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub. O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti