Bakı. Trend:
Kəlbəcər rayonunda tikinti şirkətlərindən birinin əməkdaşları yol qəzasına düşüblər.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə Qamışlı kəndi ərazisində baş verib.
Belə ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1988-ci il təvəllüdlü Elçin Nadirovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sərnişinlər - 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişiblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.