...

Nəsimidə soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə Materials 21 Mart 2025 17:27 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunda bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı H.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti