Bakı. Trend:
Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.