...

Bakıda oğurluq edən qadınlar tutuldu

Hadisə Materials 22 Mart 2025 15:40 (UTC +04:00)
Bakıda oğurluq edən qadınlar tutuldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub.

Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti