Bakı. Trend:
Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyi dörd nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar üç rayonda təbii fəlakət vəziyyəti elan edib.
Trend-in məlumatına görə, bu barədə məlumat nazirliyin saytında yayımlanıb.
"Ölkə daxilində, o cümlədən Könsan-Namdo əyalətinin Sançxon qəzasında baş verən çoxsaylı yanğınların vurduğu böyük ziyanla əlaqədar Daxili İşlər Nazirliyi bütün idarələrdən qüvvələri səfərbər etmək üçün martın 22-də saat 18:00-dan etibarən Ulsan şəhərində, Könsan-Pukto və Könsan-Namdo vilayətlərində fəlakət vəziyyəti elan etdi", - deyə bildirilib.
Cənubi Koreya mətbuatının məlumatına əsasən, yanğınlar nəticəsində 4 yanğınsöndürən həlak olub. Bir yerli sakin də daxil olmaqla altı nəfərin yaralandığı ehtimal edilir.