...

Zaqatalada ev yanıb, ölən var

Hadisə Materials 23 Mart 2025 09:52 (UTC +04:00)
Zaqatalada ev yanıb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

Xəbər lenti

Xəbər lenti