...

Bakıda avtomobildə yanğın baş verib (FOTO/VİDEO)

Hadisə Materials 26 Mart 2025 19:52 (UTC +04:00)
Bakıda avtomobildə yanğın baş verib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Ford" markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Ford" markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Lakin avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti