...

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 31 Mart 2025 10:15 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Trend-in məlumatına görə, hadisə bu gün gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində baş verib.

Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti