Bakı. Trend:
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə binanın 7-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılan 6 elektrik sayğacı, 6 qoruyucu açar və 3 paq.m elektrik kabelinin yanması nəticəsində baş verib.
Yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillərə yanğının keçməsinin qarşısı alınıb və alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.