...

Qatar vuran şəxsin vəziyyəti AÇIQLANDI

Hadisə Materials 1 Aprel 2025 12:43 (UTC +04:00)
Qatar vuran şəxsin vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) 01.04.2025-ci il tarixində saat 09:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib.

"İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün saat 08:31-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti