Bakı. Trend:
Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,06.04.2025-ci il tarixində saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub",- deyə məlumatda qeyd edilib.