...

Azərbaycanda sayt rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edildi

Hadisə Materials 11 Aprel 2025 10:56 (UTC +04:00)
Azərbaycanda sayt rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Realmedia.az" saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bildirək ki, prokuror Ramin Qurbanovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə itiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti