...

Bakıda qəza zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB)

Hadisə Materials 12 Aprel 2025 13:35 (UTC +04:00)
Bakıda qəza zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.04.2025-ci il tarixində saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı şəxs (qadın cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub",- deyə məlumatda qeyd edilib.

XXX

10:04

Bakıda yol nəqliyyat hadisəsi baş verib, minik avtomobili aşıb.

Bu barədə Trend -in sorğusuna cavab olaraq Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bu gün səhər 06:10 radələrində Paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində "JAC" markalı 90-YD-571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "MAN" markalı 99-XM-124 qeydiyyat nişanlı yük maşını toqquşub.

"Hadisə nəticəsində "JAC" markalı avtomobil aşıb. Avtomobildə olan bir nəfər qadın sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti