...

Ağdamda "VAZ" markalı avtomobillər toqquşub (FOTO)

Hadisə Materials 13 Aprel 2025 18:07 (UTC +04:00)
Ağdamda "VAZ" markalı avtomobillər toqquşub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda "VAZ" markalı avtomobillər toqquşub, hər iki sürücü ağır xəsarət alıb

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində baş verib.

Beləki, hərəkətdə olan "VAZ" 21011 markalı 02 BB 272 dövlət nömrəli minik maşını qarşıdan gələn "VAZ" 21015 markalı 02 BU 095 dövlət nömrəli avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşları sürücüləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparıb.

"VAZ"21011 markalı 02 BB 272 dövlət nömrəli minik maşının sürücüsü Rayonun Baharlı qəsəbə sakini Cavadov Elnur Nadir oğlu və "VAZ" 21015 markalı 02 BU 095 dövlət nömrəli avtomobilin sürücüsü Bənövşələr qəsəbə sakini İsmayılov İldırım İsa oğludur.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti

Xəbər lenti