Ağdam. Trend:
Ağdamda 35 yaşlı Kəlbəcər sakini dəm qazından boğularaq ölüb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Birinci Dördyol qəsəbəsində baş verib.
Belə ki, qəsəbədə yaşayan Kəlbəcər rayon Zülfüqarlı kənd sakini 1990-cı il təvəllüdlü Bayramov Niyaməddin Nizami oğlu qazdan zəhərlənərək yaşadığı evdə vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır