...

Avtomobili etibarnaməsiz idarə edən sürücü saxlanıldı (VİDEO)

Hadisə Materials 14 Aprel 2025 10:32 (UTC +04:00)
Avtomobili etibarnaməsiz idarə edən sürücü saxlanıldı (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçisi olması aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

"Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edir.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti