Bakı. Trend:
Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.