...

Su basmış yerlərdə 135 nəfər təxliyə olunub (FOTO/VİDEO)

Hadisə Materials 17 Aprel 2025 08:36 (UTC +04:00)
Su basmış yerlərdə 135 nəfər təxliyə olunub (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri ölkə ərazisində qeyri-sabit hava şəraiti nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirləri fasiləsiz şəkildə davam etdirir.

Trend xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Hazırda Bakı şəhərində, eləcə də Ağstafa və Qusar rayonlarında su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam edir.

Nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın müxtəlif istiqamətləri, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri artıq yekunlaşıb.

Əməliyyatlar zamanı ümumilikdə 135 nəfər, o cümlədən 33 uşaq köməksiz vəziyyətdən təxliyə olunub.

Qeyd olunub ki, FHN-in həyata keçirdiyi tədbirlərə 450-yə yaxın şəxsi heyət və 150-yə yaxın texnika cəlb olunub.

Xəbər lenti

Xəbər lenti