...

Gəncədə yaşayış binasında yanğın olub

Hadisə Materials 17 Aprel 2025 23:15 (UTC +04:00)
Gəncədə yaşayış binasında yanğın olub

Bakı. Trend6

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin eyvanında dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti