Bakı. Trend:
Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə aprelin 22-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verin.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.