Bakı. Trend:
Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in əldə etdiyi məlumata görə, 22 aprel 2025-ci il tarixdə Ədilov Bayaz Sabir oğlu Quba rayonu, Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məmmədov Qadir Əmrağa oğlu və Daşdəmirov Rəvan Bəybala oğlu və Ədilov Rafiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.