Bakı. Trend:
Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “BYD” markalı avtomobildən içərisində 2852 manat olan pulqabı və mobil telefon oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb.
Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb. Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb.
Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb.
Araşdırmalar aparılır.