Bakı. Trend:
Meksikanın qərb sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti bildiriblər.
Məlumata əsasən, zəlzələnin episentri La-Krus-de-Loreto şəhərindən 295 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.