Bakı. Trend:
Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.
Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.