Bakı. Trend:
Cari ildə 2 ton 593 kq, 402 qram narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Trend Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, 2 ton 271 kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin, 60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kq 378,121 qramını digər narkotik vasitələr və 68 kq 104,632 qramını psixotrop maddələr təşkil edib.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kq, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir.
